İNFRASTRUKTUR OBYEKTLƏRİNİN İNŞASI

Qəbələ rayonunda su-kanalizasiya sistemlərinin yenidən tikintisi və quraşdırılması layihəsi

Azərbaycan höküməti ilə Dünya Bankı arasında imzalanmış razılaşma əsasında Qəbələ rayonunda su-kanalizasiya sistemlərinin yenidən tikintisi və quraşdırılması layihəsi həyata keçirilir. Layihənin icrası RR Group of Companies-ə həvalə olunmuşdur. 

Layihə ölkəmizin regional infrastrukturunun inkişafı baxımından böyük əhəmiyyət kəsb edir və Respublikanın şimal-qərb bölgəsində su təchizatı və kanalizasiya sistemlərinin müasir beynəlxalq standartlara uyğun qurulmasını təmin edir. Layihə 2035-ci il şəhər əhalisinin sayına hesablanmışdır. Hazırda13627 nəfər şəhər əhalisinə xidmət edəcəkdir. 

Layihənin inşasına 2015-ci ilin avqust ayında start verilmiş və 2016-cı ilin avqust ayında layihə üzrə işlər təhvil veriləcəkdir. 

Qəbələ rayonu çirkab suların axıdılması sistemlərinin tikintisi layihəsi

Azərbaycan höküməti ilə Dünya Bankı arasında imzalanmış razılaşma əsasında Qəbələ rayonunda çirkab suların axıdılması sistemlərinin yenidən tikintisi və quraşdırılması layihəsi həyata keçirilir. Layihənin icrası RR Group of Companies-ə həvalə olunmuşdur.

Layihənin 2016-cı ilin dekabr ayına qədər təhvil verilməsi planlaşdırılır.