OFİS VƏ YAŞAYIŞ OBYEKTLƏRİNİN İNŞASI

Zaqatala Yaşayış Kompleksi

Zaqatala rayonunda inşa edilən yaşayış kompleksi 3 bloklu 9 mərtəbəli bina kompleksindən ibarətdir. Kompleks şirkətin struktur vahidi olan “RR İnşaat” MMC tərəfindən inşa edilmişdir. Kompleksin  ümumi ərazisi 0.64 ha –dır.

Hər blokda yaşayış və qeyri-yaşayış sahələri mövcuddur. Hər blokda orta hesabla 50-55 mənzil inşa edilmişdir. Yaşayış kompleksinin ümumi sahəsi 22.000 m2-dir.  

Azərbaycan Respublikası Mərkəzi Bankının Gəncə şəhərində Regional Mərkəzinin tikintisi

Azərbaycan Respublikası Mərkəzi Bankının Gəncə şəhərindəki Regional Mərkəzinin tikintisi layihəsi üzrə keçirilmiş tenderdə RR Group of Companies qalib gələrək layihənin icrasını uğurla həyata keçirmişdir.
Layihənin inşası 2014-2015-ci illəri əhatə etmişdir. 

Luxe Home Yaşayış Kompleksi

Hazırda inşası davam edən “Luxe Home” Yaşayış kompleksinin tikintisi RR Group of Companies-in “Luxe Home” MTK struktur müəssisəsi tərəfindən həyata keçirilir. Ümumi ərazisi 1.9 ha olan layihə şəhərin prestijli bölgəsində yerləşir. Yaşayış kompleksi 2 blok və 18 mərtəbədən ibarətdir. Binada açıq və qapalı su hovuzları, fitnes klub, uşaqlar üçün oyun meydançası, yeraltı qaraj, geniş avtodayanacaq, mərkəzləşdirilmiş istilik sisteminin tikintisi nəzərdə tutulmuşdur. Layihənin inşasına 2016-cı ilin fevral ayından etibarən start verilmişdir. Hazırda kompleksin bünövrə və zirzəmi hissəsindəki dəmir-beton işləri yekunlaşmış və mərtəbələrin tikintisinə başlanılmışdır. Layihənin 2017-ci ilin sonlarına bitməsi və istismara verilməsi nəzərdə tutulmuşdur. Yaşayış kompleksinin ümumi sahəsi hər blok üzrə 14.000 m2-dir.

İçərişəhər kiçik qala qapısı ərazisində yerləşən fərdi yaşayış evinin restavrasiyası

RR Group of Companies ölkə inşaat bazarında qazandığı nüfuzu bizə bir sıra əhəmiyyətli layihələrin həvalə edilməsinə şərait yaratmışdır. Hazırda şirkətimizin davam edən layihələrindən biri ölkənin tarixi arxitektura baxımından ən dəyərli hissəsi hesab edilən İçərişəhərdə inşa və restavrasiya işlərini həyata keçirdiyi 4 mərtəbəli fərdi yaşayış evidir. Binanın ümumi sahəsi hər mərtəbə üzrə 150 m2-dir. 

Fərdi bağ evlərinin tikintisi

RR Group of Companies həm də fəaliyyətinin rəngarəngliyi ilə seçilir. Şirkət həm də fərdi sifarişlər əsasında bağ evlərinin tikintisi və təmiri işləri ilə məşğuldur və bu sahədə böyük təcrübəyə malikdir. Artıq şirkətimiz tərəfindən bir sıra bağ evləri inşa edilərək sahiblərinə təhvil verilmişdir.

BUTA Yaşayış Kompleksi

RR İNVESTMENT MMC ilə BUTA QRUP MTK arasında bağlanmış müqavilə çərçivəsində Bakı şəhər Yasamal rayonu, İ.Səfərli, M.A.Əliyev, M.İbrahimov və D.Əliyeva küçələrinin kəsişməsindəki 228-ci məhəllə ünvanında (Qış Parkının yanında) 14 mərtəbəli yaşayış binası inşa edilmişdir.