RR QRUP MACARISTAN

RR Group of Companies olaraq əsas hədəflərimizdən biri Avropa bazarında biznes fəaliyyəti ilə məşğul olmaq və yerli istehsal məhsullarını Avropa bazarına çıxarmaqdır. RR Group of Companies bu hədəflər istiqamətində planlı və məqsədyönlü iş planı üzrə fəaliyyətini həyata keçirir. Belə ki, 2016-cı ildə RR Group Hungary nümayəndəliyini təsis etmişdir. Hazırda yerli bazarın araşdırılması və inşaat layihələri üzrə tenderlərdə iştirak edən nümayəndəlik, bir sıra yerli iri korporasiyalarla da əməkdaşlıqlara başlamışdır.