İR SİYASƏT

Dəyərlərimizi gündəlik iş fəaliyyətinizdə hiss edəcəksiniz

Şirkətimizdə qaydalar və fəaliyyətlər əsasən sosial dəyərlər üzərində qurulmuşdur. 10 ildən artıq təcrübəmizə əsasən bildirməliyik ki, biz vaxtımızın əhəmiyyətli hissəsini öz əməkdaşlarımızla bir yerdə keçirməyə və onlara sərf etməyə üstünlük veririk. Biz, şirkətimizin dəyərləri və korporatov ənənələrilə fəxr edirik.

Sərhədlərinizi aşacaqsınız

"RR Group of Companies" günü-gündən biznesin mütəlif sahələri üzrə inkişaf etməkdədir. Biz dinamik və innovativ şirkət olmaqla, Azərbaycanın müxtəlif bölgələrində eləcə də, Türkiyə, Macarıstan və Gürcüstanda fəaliyyət göstəririrk. Faəliyyətimizin çox şaxəli olması Sizə ixtisas sahəniz üzrə peşəkarlardan ibarət kollektivdə çalışma imkanları yaradacaqdır. Biz sizə öz bacarıqlarınızdan tam istifadə və onları inkişaf etdirmək, öyrənmək, inkişaf etmək və yeni yerləri təcrübədən keçirmək imkanları təklif edirik.

Potensialınızı göstərə biləcəksiniz

Şirkətimizin uğurlu fəaliyətini təmin etmək məqsədilə, Şirkətimizin inkişaf xətti ilə işçilərimizin inkişaf xəttini mütənasib olaraq həyata keçiririk. Biz sizə yalnız iş təklif etmirik, həm də karyera təklif edirik.

Hər bir işçimizin fikri bizim üçün çox önəmlidir

Biz əməkdaşlarımızın fikirlərini açıq şəkildə bölüşmələrinin tərəfdarıyıq. Bizim şirkətdə işçi heyətimiz ilə rəhbər heyəti bir birilə qarşılıqlı əlaqədə çalışırlar və mütəmadi fikir mübadiləsi məqsədilə iclas və görüşlər həyata keçiririk. Gördüyümüz işlərin keyfiyyətinin və məmnunluğunun yoxlanılması məqsədilə daimi sorğular həyata keçirilir. Gördüyümüz işlərdə, işçilərimizin gördüyü işlər bizim üçün çox vacibdir. Əgər sizin daha sərfəli təklifiniz varsa, biz bunu mütləq qiymətləndirəcəyik.

Bizimlə daha təhlükəsiz olacaqsınız

Biz bilirik ki, gördüyümüz hər iş ilə insanlara və ətraf mühitə təsir göstəririk. Təhlükəsiz, məsuliyyətli və şəffaf fəaliyyət göstərmək bizim ənənələrimizin əsas fiqurudur. İşgüzar davranışlar və etik qaydalar bizim uğurlarımızın əsas açarıdır. Bu dəyərlər bizə həm sosial və iqtisadi məsuliyyət, həm işçilərin təhlükəsizliyi və həm də ətraf mühitin mühafizəsi məsələlərini rəhbər tutaraq, məqsədlərimizə çatmaqda kömək edir.