KSM KONSEPSİYASI

KSM konsepsiyası Şirkətin missiya və dəyərlərinə əsaslanaraq meydana gəlmişdir. 


RR Group of Companies öz missiyasını fəaliyyət effektivliyində və korporativ sosial məsuliyyət tələblərinə cavab verən biznes standartlarının inkişafında görür.

Yüksək səviyyəli inşaat işləri icra edən və  keyfiyyətli xidmətlər təklif edən Şirkət ölkənin iqtisadi inkişafına təkan verən biznesini hər zaman təkmilləşdirir. 

RR Group of Companies-in əsas hədəfi ümumi dəyərlər ətrafında birləşən vahid komanda ilə iş sektorunda qabaqcıl şirkət olmaqdır.

Dəstək olunan sahələr:

  • Sosial;
  • Elm və Təhsil;
  • Səhiyyə;
  • İdman;

Həyata keçirilmə vasitələri:

  • Təcrübə mübadiləsi proqramları;
  • Sponsorluq;
  • Əməkdaşlıq dəstəyi;

KSM-də əsas prinsiplərimiz:

İqtisadi Məsuliyyət - fəaliyyətini cəmiyyətin real təlabatına uyğun hayata keçirərək, yüksək səviyyədə işlər görmək. Müştəri məmnuniyyəti qazanaraq şirkət brendini qorumaq və bununla yanaşı, mənfəət əldə etmək;

Hüquqi məsuliyyət - şirkəti Azərbaycan Respublikasının müvafiq qanunlarına, Şirkətin daxili qayda və prosedurlarına uyğun şəkildə idarə etmək;

Mənəvi məsuliyyət - qanunla müəyyən olunmamış cəmiyyətin adət-ənənələrinə uyğun olaraq etik davranış, mənəviyyat qaydaları ilə hərəkət etmək;

Sosial məsuliyyət - cəmiyyətə dəstək olaraq, burada yaranan problemlərin həllinə yönəlmiş könüllü fəaliyyət göstərmək.