NORTH-WEST TOWN MƏHƏLLƏSİ

Zaqatala rayonunda yerləşən İqtisadi Zona şəhər mərkəzindən 2 km məsafədə yerləşir və 20 ha ərazini əhatə edir. Ərazınin əlverişli logistika imkanları layihənin uğurla həyata keçəcəyinə təminat verir.

North-West Town məhəlləsində sahibkarlara investisiya fəaliyyəti üçün İnvestisiya Təşviqi Sənədi təqdim olunur və bu sənəd əsasında sahibkarlar aşağıdakı vergi güzəştlərindən yararlanırlar:

  • Torpaq və əmlak vergisindən 100%, mənfəət vergisindən 50% azad olma;
  • İstehsal məqsədilə idxal olunan texnika və avadanlıq ƏDV-dən və gömrük rüsumlarından azad olma;
  • İnvestisiyalara dövlət təminatı verilməsi.

Əlverişli logistik imkanlar:

  • Rusiya bazarına çıxış – məsafə yaxınlığı;
  • Türkiyə bazarına çıxış – yeni tikilmiş Bakı–Kars dəmir yolu xəttinin Gəncə-Kars məsafəsi cəmi 220 km-dir;
  • Zaqatala beynəlxalq hava limanından qısa məsafə (2 km);
  • Respublika əhəmiyyətli magistral yolun üstünda (Bakı-Zaqatala-Balakən);
  • Biznes strukturların İqtisadi Zonaya bürokratik əngəllər olmadan şəffaf girişi təmin edilir.

Müəssisələr arasında sıx ticari əməkdaşlıq imkanları:

Məhəllədə fəaliyyət göstərən müəssisələr ilk növbədə qarşılıqlı əməkdaşlığı təşviq ediləcək

 

North-West Town məhəlləsində təşkil olunacaq əsas fəaliyyət istiqamətləri

Emal sənayesi

  • Meyvə şirələri və meyvə-tərəvəzlərin konservləşdirilmiş istehsalı;
  • Avadanlıq istehsalı;
  • Kənd təsərrüfatı məhsullarının emalı və qablaşdırılması;
  • Mineral tərkibli süfrə və təbii suların istehsalı.

Turizm və xidmət

  • Otel;
  • Dincəlmə və əyləncə mərkəzi;
  • Tematik park (atraksion) və Akva park;
  • Anbar xidməti.

 Kənd təsərrüfatı

  • Heyvandarlıq və ət təssərrüfatı;
  • İpəkçilik və Barama təsərrüfatı;
  • İstixana təsərrüfatı.

 Ticarət

  • Ərzaq məhsulları bazarı;
  • Ticarət mərkəzi (pərakəndə və topdansatış).