GARABAGH TOWN MƏHƏLLƏSİ

Ağdam rayonunda yerləşən Garabagh Town iqtisadi zonası 10 ha ərazini əhatə edir. Ərazinin xüsusi məhəllə formasında təşkili, habelə əlverişli logistika imkanları layihənin uğurla həyata keçəcəyinə təminat verir.

İqtisadi zonanın Məhəllə formasında fəaliyyət göstərməsi barədə tədbirlər görülür. Garabagh Town məhəlləsində sahibkarlara təqdim olunan güzəştlər:

  • Gömrük rüsumlarından, torpaq və əmlak vergisi və mənfəət vergisindən 100% azad olması;
  • İstehsal məqsədilə idxal olunan texnika və avadanlıqların ƏDV-dən azad olması;
  • İnvestisiyalara dövlət təminatı verilməsi.

Əlverişli logistik imkanlar:

  • Rusiya bazarına çıxış;
  • Türkiyə bazarına çıxış – yeni tikilmiş Bakı–Kars dəmir yolu xəttinin Gəncə-Kars məsafəsi - 220 km-dir;
  • İran bazarına çıxış;
  • Bakı şəhərindən 300 km məsafə.      

Müəssisələr arasında sıx ticari əməkdaşlıq imkanları:

  • Məhəllədə fəaliyyət göstərən müəssisələrin ilk növbədə qarşılıqlı əməkdaşlığı təşviq ediləcək;

 Garabagh Town məhəlləsində təşkil olunacaq əsas fəaliyyət istiqamətləri:

 Emal Sənayesi müəssisələri

  • Meyvə şirələri və konservləşdirilmiş meyvə və tərəvəz istehsalı;
  • Geyim və tikiş məhsullarının istehsalı;
  • Xalça və kilim məhsullarının istehsalı;
  • İplik məhsullarının emalı və boyanması;
  • Yun, pambıq, ipək parçaların toxunması;
  • Ət və süd məhsullarının istehsalı.

 Kənd Təsərrüfatı müəssisələri

  • İstixana təsərrüfatı;
  • Yun, pambıq, ipək ipliklərin tədarükü;
  • İri buynuzlu fermer təsərrüfatı.