MİSSİYAMIZ:
Fəaliyyət göstərdiyimiz sahələrdə davamlı rəqabət üstünlükləri yaratmaqla müştərilərimizə dəyər qazandırmaq və Azərbaycan iqtisadiyyatının beynəlxalq rəqabət qabiliyyətliyinin güclənməsinə töhfə verməkdir.
Fəaliyyət sahələrimiz: biz müştərilərimizi davamlı olaraq məmnun edə biləcəyimiz çoxşaxəli sahələrdə biznes fəaliyyətinə üstünlük verir və əlimizdən gələnin ən yaxşısını etməyə səy göstəririk;
Davamlı rəqabət üstünlüklərimiz: daim dəyişən bazar şəraitinə uyğun olaraq araşdırma, innovasiya, müasir bacarıqlar və yeni məhsul dizaynları vasitəsilə rəqabət üstünlükləri yaratmaqla dinamik inkişaf etmək əzmindəyik;
Müştəriyə qazandırdığımız dəyər - göstərdiyimiz hər bir fəaliyyətdə müştərilərimiz əsas diqqət mərkəzimizdədir. Yüksək keyfiyyət, ədalətli qiymət, çoxçeşidli məhsul və xidmətlər vasitəsilə müştərilərimizə fayda yaratmaq, bu yolla onların haqqımızda daimi müsbət düşüncəsini əldə etmək niyyətindəyik;
Beynəlxalq rəqabət qabiliyyətliyi – öz rəqabət üstünlüklərimizi yaratmaq və inkişaf etdirməklə ölkə iqtisadiyyatınınn da beynəlxalq rəqabət qabiliyyətinin və ixrac potensialının güclənməsinə töhfə verdiyimizi hesab edirik.
VİZYONUMUZ:
«RR Group of Companies» Azərbaycanda və onun xaricində ölkənin tanınmış “biznes brendi"-nə çevirməkdir.
DƏYƏRLƏRİMİZ:
Vətənpərvərlik – ölkənin maraqlarını biznes maraqlarımızdan daim üstün tutmaq, dövlətimizin müstəqilliyinin güclənməsi və ərazi bütövlüyünün təmin olunması üçün əlimizdən gələni etmək;
Məsuliyyətli biznes – beynəlxalq və ölkə qanunvericiliyinə, milli mənəvi-dini dəyərlərimizə, ümumbəşəri prinsiplərə və cəmiyyətimizin mənafelərinə, qabaqcıl biznes etikasına tam uyğun fəaliyyət göstərmək;
Müştəri yönlülük - müştərilərimizin öz istehlaklarından davamlı olaraq tam məmnunluqla faydalanmaları üçün qabaqcıl keyfiyyət standartlarına uyğun, ədalətli qiymətlərlə məhsul istehsal etmək və xidmətlər göstərmək;
Sadiqlik – müştərilərimiz, tərəfdaşlarımız, əməkdaşlarımız və ortaqlarımız qarşısında götürdüyümüz bütün öhdəliklərimizə, elan etdiyimiz korporativ dəyərlərə tam sadiq qalmaq, əməkdaşlarımızın şirkətə loyallığını qiymətləndirmək;
Korporativ idarəetmə - idarəetmədə ən müasir təcrübələrdən yararlanmaq, bu yolla fəaliyyətimizin effektivliyini və səmərəliyini daim artırmaq;
Peşəkarlıq - gördüyümüz bütün işlərə müasir peşəkar təcrübələrə əsaslanmaqla yanaşmaq;
Komanda işi – yuxarıdan aşağıya qərarların qəbul edilməsində və işlərin görülməsində komanda üzvlərinin geniş iştirakını təmin etmək, aparılan müzakirələrdə və icra prosesində komanda səylərinə arxalanmaq;
İntizam – Şirkət daxilində bütün davranış qayda və normalarına, etik çərçivələrə riayyət etmək;
Daimi öyrənmə və inkişaf – sürətlə dəyişən informasiya və texnologiya əsrində müasir tədris və öyrənmə üsüllarından istifadə etməklə ən əsas aktivimiz olan əməkdaşlarımızın peşəkar bacarıqlarını inkişaf etdirmək, bu sahədə rəqiblərimizdən daim bir addım öndə olmaq;
Korporativ sosial məsuliyyət – az təminatlı insanlara, müasir təhsil almaq istəyən gənclərimizə, imkanından xaric tibbi müalicəyə ehtiyacı olan insanlarımıza, ölkədə idmanın inkişafına şirkətin maliyyə imkanları daxilində davamlı olaraq yardım etmək.
Batman Bastma
TELEFON: +994 12 5654220, +994 512073973
ÜNVAN: Azərbaycan Respublikası, Bakı ş.,Qaradağ rayonu, Salyan şossesi-Lökbatan yolu 22 , AZ 1086
İŞ GÜNLƏRİ: Bazar ertəsi-Şənbə
İŞ SAATI: 09:00 - 18:00
E-MAİL: info@rrgroup.az