RR Group of Companies 2006-cı ildə təsis edilmişdir. Fəaliyyət göstərdiyi müddət ərzində RR Group of Companies Azərbaycanın iri özəl şirkətlərindən birinə çevrilmiş, ölkə və dünya iqtisadiyyatında baş verən proseslərə çevik reaksiya göstərərək biznes fəaliyyətini uğurla davam etdirmişdir.
Şirkətin fəaliyyət bütövlüyünü obyektivlik, şəffaflıq və müasir korporativ idarəetmə standartları təşkil edir. Məhz bu amillər, RR Group of Companies-ə bu gün “harda olduğunu” müəyyən etməyə, “hara getməli olduğunu” hədəfləməyə və “necə getməli olduğunu” planlaşdırmağa imkan verir.
RR Group of Companies biznesin müxtəlif sahələri - tikinti, ticarət və logistika sahələri üzrə uğurlu investisiya layihələrini reallaşdırır. Faəliyyətinin əsas məqsədi biznesin effektiv idarə olunması, korporativ idarəetmə standartlarına uyğun ölkə daxilində və onun hüdudlarından kənarda keyfiyyət brendinə - rəqabətə davamlı şirkətə çevrilməkdir.
TELEFON: +994 12 4969793, +994 50 2547252
ÜNVAN: Azərbaycan Respublikası, Bakı ş., Nərimanov r., Əliəşrəf Əlizadə küç, 48c, AZ 1008
İŞ GÜNLƏRİ: Bazar ertəsi-Şənbə
İŞ SAATI: 09:00 - 18:00
E-MAİL: info@rrgroup.az