LOGİSTİKA

"Aqrovest Logistics" daxili və beynəlxalq  əhəmiyyətli tranzit yollarının üzərində yerləşir. 2010-cu ildə istifadəyə verilmiş olan “Aqrovest Logistics” mərkəzi beynəlxalq standartların tələblərinə uyğun inşa edilmiş və avadanlıqlarla təchiz edilmişdir. 14 ha ümumi ərazisi olan ticarət obyekti sahəsi 4000 m2 olan 3 ədəd soyuducu anbar binasından, 1 ədəd 100 mtərəzi sahəsindən, ümumi sahəsi 3000 m2 olan ticarət sahəsində ibarətdir.


Aqvovest Logistics“-in ərazisində eyni vaxtda 100 ədəd iri tutumlu yük maşınlarının yüklərinin qəbuledilməsi, boşaldılması, yüklənməsi, saxlanılması, topdan və pərakəndə satışının təşkil edilməsi, tranzit olaraq xarici ölkə elektron nəqliyyat tərəzisi, təzyiqli su anbarı, yük və minik avtomobil dayanacağı və digər xidmətlər göstərilir.

Bundan əlavə, ərazi fasiləsiz olaraq müşahidə kameraları və mühafizə sistemi ilə təmin edilir.

Uğurlu biznes qurmaq arzusunda olan xarici və yerli fermerləri bizimlə əməkdaşlıq etməyə dəvət edirik.