Quliyev Fizuli Əli oğlu 13 mart 1963-cü ildə Tovuz rayonunda anadan olmuşdur. 1984-1989 cu illərdə Ukraynanın Sevastopol cihazqayırma institutunda təhsil almışdır. 2002-ci ilədək Gəncə cihazqayırma zavodunda sahə rəisi, sex rəisi vəzifələrində çalışmışdır. 2002-2011 illərdə biznes sahəsində fəaliyyətini uğurla davam etdirmişdir. 2011-ci ildən bir çox tanınmış şirkətlərdə direktor vəzifəsində çalışmışdır. 35 ilə yaxın iş fəaliyyəti dövründə bir çox rəhbər vəzifələri icra etmişdir. 2024-cü ildən "RR İnvestment" MMC-nin direktorudur.
Qarayeva Taliyyə İbrahim qızı 25.09.1974-cü ildə Ağdam rayonu Xaçındərbənd kəndində anadan olmuşdur. Bakalavr təhsilini Elm və Təhsil Mərkəzi "Təfəkkür" universitetinin "Filologiya" fakültəsində almışdır. 2000-2001-ci illərdə Nərimanov rayonu, 202 saylı tam orta məktəbdə çalışmışdır. 2003-2012-ci illərdə "Elgiz" Firmasında "Ofis Menecer" vəzifəsində çalışmışdır. 2012-2014-cü illərdə fəaliyyətini "R+R LTD"MMC-də "Menecer" olaraq davam etdirmişdir. 2014-2018-ci illərdə "R+R COMPANY"MMC-də "Direktor müavini" olaraq çalışmışdır. 2022-ci ildən etibarən "Qarabağ Aqro 44"MMC-də "Direktor" vəzifəsini icra edir.
TELEFON: +994 12 5654220, +994 512073973
ÜNVAN: Azərbaycan Respublikası, Bakı ş.,Qaradağ rayonu, Salyan şossesi-Lökbatan yolu 22 , AZ 1086
İŞ GÜNLƏRİ: Bazar ertəsi-Şənbə
İŞ SAATI: 09:00 - 18:00
E-MAİL: info@rrgroup.az