Xəbərlər

"Qarabağ Aqro 44"MMC COP29 Yaşıl Zonada

Fəaliyyətə başladığı gündən etibarən işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işləri ilə məşğul olan "Qarabağ Aqro 44"MMC bu dəfə öz  layihə və gələcək planlarını COP29 çərçivəsində göstərib. 20 Noyabr COP29 Yaşıl zonada "Sürdürülebilir Gelecek Platformu" pavilyonunda təqdimat keçirilib. Azərbaycan-Türkiyə İş Adamları (ATİB) İdarə heyətinin üzvü "Qarabağ Aqro 44"MMC-nin  layihə rəhbəri Ərəstun Qarayev işğaldan azad olunmuş Qarabağ iqtisadi rayonunda dayanıqlı kənd təsərrüfatı fəaliyyəti barədə qonaqlara təqdimat edib.