Xəbərlər

Azərbaycan - Macarıstan biznes forumu

6 Mart 2016-cı ildə  Macarıstanın Baş naziri Viktor Orbanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Macarıstan biznes forumu keçirilmişdir.
Bakı Biznes Mərkəzində təşkil edilmiş tədbirdə rəsmi şəxslərlə yanaşı, Azərbaycan və Macarıstanın sənaye, kənd təsərrüfatı, tikinti, enerji, turizm, əczaçılıq, təhsil, aviasiya, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən 200-dən çox iş adamı iştirak etmişdir.
Biznes forum çərçivəsində Azərbaycanın RR Group of Companies və Macarıstanın "Project Service Venture" şirkəti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanmışdır.Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam etdirilmiş, əlaqələrin genişləndirilməsi və yeni biznes əməkdaşlığının qurulması məsələləri müzakirə olunmuşdur.