Xəbərlər

Çin şirkətləri ilə əməkdaşlığımız genişlənir

Cari ilin iyul ayında nümayəndə heyətimiz “Lançjou İpək Yolu - əməkdaşlıq və inkişaf” adlı nüfuzlu investisiya forumunda iştirak etmək məqsədilə Çin Respublikasında işgüzar səfərdə olmuşdur. Səfər zamanı Çinin ən iri şirkətləri olan “China POLY Group Corp”, “GANSU Construction and İnvestment” və “ToJoy Group Corp” şirkətlərilə geniş tərkibdə görüşlər keçirilmişdir. Görüş zamanı həmin şirkətlərin “RR Şirkətlər Qrupu” ilə partnyorluğu müzakirə olunmuşdur.